“Qarabağ” hazırlıqlara start verdi

“Qarabağ” hazırlıqlara start verdi

“Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığına start verib. Bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

Klubun hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Barbosa rəsmən “Santos”da

Növbəti yazı

PSJ-də itki