“Qarabağ” – FCSB matçının təyinatları bəlli oldu
Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Rumıniyanın “FCSB” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FIFA referisi Filip Glova idarə edəcək.
Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ” – “FCSB” görüşü saat 21:45-də başlayacaq.