“Qarabağ” fasiləyə lider yollandı
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Turun son matçı Bakıda keçirilib.
“Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Hesab ilk yarıda açılıb. Yassin Benziya fərqlənib. İkinci hissədə Abdullah Zubirin vurduğu qol isə həlledici olub – 2:0.
Bununla da, Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulub.