“Qarabağ” dünya reytinqində irəlilədi, “Turan Tovuz” “Top-500”də
İFFHS klubların dünya reytinqini açıqlayıb. Cədvəldə 504 ən yaxşı komanda yer alıb.
Azərbaycan Premyer Liqası siyahıda dörd klubla təmsil olunub. “Qarabağ” 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.
“Zirə” 94,25 xalla 219-cu yerdədir. Bakı klubunun mövqeyi dəyişməz qalıb.
62,50 xala malik “Sabah” 9 pillə irəliləyib. Paytaxt təmsilçisi 409-cudur.
Ən yaxşılar sırasına yeni daxil olan “Turan Tovuz” 53,75 xalla 496-cıdır. Kurban Berdıyevin komandası 31 addımlıq sıçrayışa imza atıb.
Qeyd edək ki, cədvələ 388 xala malik “Real” başçılıq edir.