“Qarabağ” dünya reytinqində irəlilədi, “Sabah”la “Araz-Naxçıvan”dan sıçrayış

“Qarabağ” dünya reytinqində irəlilədi, “Sabah”la “Araz-Naxçıvan”dan sıçrayış

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 143,50 xalla dünyada 114-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 10 pillə irəliləyib.

“Zirə” 94,50 xalla 233-cüdür. Bakı klubu 13 pillə geriləyib.

“Sabah” 68,50 xalla 367-cidir. Paytaxt təmsilçisi 26 pillə irəliləyib.

“Araz-Naxçıvan” 58,75 xalla 454-cüdür. Naxçıvan təmsilçisi 38 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ 490 xalla “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” Tovuzdan 3 xalla qayıdır

Növbəti yazı

Kvaratsxeliya ilk pillədə