“Qarabağ” Çempionlar Liqasında yoluna davam edir
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulur. Bu gün raundun cavab görüşləri keçirilir.
“Qarabağ” “Şelburn”u qəbul edib. İlk matçda 3:0 hesablı qələbəyə sevinən ağdamlılar cavab görüşündə də qələbə qazanıb. Kadi Borgesin ötürməsində rəqib futbolçunun toxunuşu avtoqola çevrilib. Bununla da, “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Ağdam təmsilçisinin III mərhələdəki rəqibi “Şkendiya” – FKSB duelində bəlli olacaq.












