“Qarabağ” çempionata qələbə ilə başladı
Azərbaycan Premyer Liqasında mövsümə start verilib. Bu gün bir matç baş tutub.
Açılış oyunu “Liv Bona Dea Arena”da baş tutub. “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. Redon Cica fərqlənib. Çox keçmədən Riçard Almeyda adını tabloya yazdırıb. İkinci yarıda Hamidu Keyta fərqi 3 topa çatdırıb. Matçın sonlarında Nuno Rodriges meydan sahiblərini ümidləndirib. Lakin əvəzində Leandro Andrade yekun hesabı müəyyənləşdirib – 4:1.