“Qarabağ” “Çelsi” ilə heç-heçə etdi
“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin IV turunun matçına çıxıb.
Ağdam təmsilçisi evdə “Çelsi”ni qəbil edib. Qonaqlar Estevaonun qolu ilə hesabı açsa da, “Qarabağ” fasiləyədək oyunda dönüş yaradıb. Leandro Andrade hesabı bərabərləşdirib, ardınca Marko Yankoviç təmsilçimizi önə çıxarıb.
İngiltərə klubu fasilədən sonra bərabərlik qoluna sevinib. Alexandro Qarnaço fərqlənib – 2:2.
“Qarabağ” bununla da ev oyunundan 1 xalla ayrılıb. Təmsilçimiz bununla da xallarının sayını 7-yə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” V turda “Napoli”nin qonağı olacaq.












