“Qarabağ” “Çelsi” ilə bacarmadı

“Qarabağ” “Çelsi” ilə bacarmadı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib. Əsas mərhələnin IV turunda Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.

Oyun “Azərsun Arena”da keçirilib.

Qeyd edək ki, “Qarabağ” UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda “Benfika” (1:7), “Kopenhagen” (0:5) və “Atletik”ə (0:3) uduzub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”nin üzvü ayın oyunçusu seçildi

Növbəti yazı

Günün kuponu – 06.11.2025