“Qarabağ” “Ayntraxt”a qalib gəldi

“Qarabağ” “Ayntraxt”a qalib gəldi

“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda “Ayntraxt”la qarşılaşıb.

Frankfurt təmsilçisi ilə görüş Ağdam klubunun bu mərhələdə son ev matçı olub. “Qarabağ” erkən qolla hesabı açıb. Kamilo Duran 4-cü dəqiqədə fərqlənib. Almaniya klubunun futbolçusu Can Uzun fasiləyədək bərabərlik qolunu vurub.

İkinci hissə də təmsilçimizin üstünlüyü ilə keçib. Amma öncə qonaqlar Şaybinin penalti zərbəsi ilə hesabda önə çıxıb. Dərhal cavab qolu vurmağa müvəffəq olan “Qarabağ”ın heyətində Duran dublunu rəsmiləşdirib – 2:2.

Azərbaycan çempionu qələbə qolunu son saniyələrdə vurub. Bəhlul Mustafazadə qol sevinci yaşayıb – 3:2.

Qeyd edək ki, 7 oyunda 10 xal toplayan “Qarabağ” son turda “Liverpul”un qonağı olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.01.2026

Növbəti yazı

“Liverpul” və “Barselona”dan qələbə