“Qarabağ” – “Ayaks” oyununda 6 qol
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu Liqa mərhələsinin VI turunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Bakıda “Ayaks”ı qəbul edib. “Qarabağ” hər iki hissənin əvvəlində erkən qolla hesabda önə keçib. Öncə Kamilo Duran, fasilədən sonra Mateus Silva fərqlənib.
Niderland təmsilçisi hər iki qoldan sonra hesaba tarazlıq gətirməyi bacarıb. Matçın sonlarında daha iki qol vuran qonaqlar Bakıdan üç xalla ayrılıblar. 2:4 hesablı məğlubiyyətdən sonra çempionumuzun aktivində 7 xal var.
Qeyd edək ki, “Qarabağ” 2026-cı ildə baş tutacaq son turlarda “Ayntraxt”la evdə, “Liverpul”la səfərdə görüşəcək.













