“Qarabağ” Avropada 13-cü
İFFHS-in dünya reytinqində ən çox irəliləyən klublar bəlli olub. Azərbaycan çempionu “Qarabağ” 13 pilləlik sıçrayışa nail olub.
Qurban Qurbanovun yetirmələri “Top-100”də ən çox irəliləyən Avropa komandaları sırasındadır. Ağdam klubu bu göstəricidə 13-cüdür. “Köhnə qitə”də yalnız 12 komanda daha yüksək irəliləyiş əldə edib. Dortmund “Borussiya”sı və Plzen “Viktoriya”sı hərəyə 23 pillə yüksəlib.