“Qarabağ” ardıcıl 10-cu dəfə qrup mərhələsində
“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində oynayacaq. Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-i keçən Qurban Qurbanovun yetirmələri qitə miqyaslı turnirlərin qrupuna vəsiqəni təmin edib.
Ağdam təmsilçisi Finlandiya çempionunu keçməklə Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. Bu raundda qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin qrupuna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuza Konfrans Liqasının qrupuna daşıyacaq.
Bunadək ardıcıl 9 dəfə avrokubokların qrupunda oynayan “Qarabağ” yubiley uğurunu rəsmiləşdirir. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2021/22 mövsümlərində Avropa Liqasının, 2021/22 və 2022/23 mövsümlərində Konfrans Liqasının qrupunda oynayıb.