“Qarabağ” Çempionlar Liqasının pley-offunda
“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib. Təmsilçimiz III təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Bakıda “Lüdoqorets”ə 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu Bolqarıstanda revanş ala bilib.
“Qarabağ” oyunun əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qapısına Olavio Juninyo, Yassin Benzia və Patrik Andrade yol tapıb.
Cütün taleyi əlavə vaxtda həll olunub. Təmsilçimiz daha 4 qol vurub. Toral Bayramov, Redon Cica, Patrik Andrade və Yassin Benzia “Qarabağ”ı pley-offa daşıyan darmadağını rəsmiləşdiriblər – 7:2.
Qeyd edək ki, Azərbaycan çempionu pley-offda Zaqreb “Dinamo”su ilə görüşəcək.