“Qarabağ” 21 pillə gerilədi

“Qarabağ” 21 pillə gerilədi

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in cədvəlində planetin 510 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 138,50 xalla dünyada 124-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 21 pillə geriləyib.

“Zirə” 100,75 xalla 220-cidir. Bakı klubu 1 pillə geriləyib.

“Sabah” 64,75 xalla 393-cüdür. Paytaxt təmsilçisi 40 pillə geriləyib.

“Top-510”a daxil olan “Araz-Naxçıvan” 55 xalla 492-cidir. Naxçıvan təmsilçisi 37 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ 508 xalla “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” və “Fiorentina”dan qələbə

Növbəti yazı

Salah “Liverpul”da qaldı