“Qarabağ” 14 pillə irəlilədi

“Qarabağ” 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib. IFFHS-nin tərtib etdiyi siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.

Azərbaycan çempionu “Qarabağ” ötən aya nisbətən 14 pillə irəliləyib. Hesabında 191,25 xal olan Ağdam klubu 39-cu yerdə qərarlaşıb.

“Zirə” (62,25 xal) 361-ci, “Sabah” (60,75 xal) 377-ci, “Neftçi” (59,25 xal) isə 397-ci pillədə yer alıb.

Qeyd edək ki, reytinqə UEFA Çempionlar Liqasının son qalibi “Real” (371xal) başçılıq edir. “Mançester Siti” (369 xal) ikinci, “Bayer” (355 xal) üçüncü pilləni tutur.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov 133-cü pillədə

Növbəti yazı

Günün kuponu – 08.07.2024