Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Qarabağ” 11 pillə irəlilədi
Klubların dünya sıralaması müəyyənləşib. IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.
301 klubun yer aldığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Üç ay əvvəl dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” növbəti dəfə irəliləyib. Budəfəki sıçrayış 11 pillə olub. Ağdam təmsilçisi aktivindəki 145,5 xalla 78-ci pilləyə yüksəlib.
İlk “10-luq” isə belədir:
1. “Palmeyras” (Braziliya) – 304
2-3. “Liverpul” (İngiltərə) – 291
“Flamenqo” (Braziliya) – 291
4. “Çelsi” (İngiltərə) – 283
5. “Atletiko” (Mineyro, Braziliya) – 281
6-7. “Real” (Madrid, İspaniya) – 252
“Mançester Siti” (İngiltərə) – 252
8. PSV (Niderland) – 234
9. “Reyncers” (Şotlandiya) – 233,5
10. “Atletiko” (Parananse, Braziliya) – 233