Qanalı müdafiəçi “Barselona”nın hədəfində
“Barselona” daha bir müdafiəçi transfer etmək niyyətindədir. İspaniya klubu Məhəmməd Salisunun xidmətində maraqlıdır.
“Sauthempton”un arxa xətt oyunçusu La Liqa təmsilçisinə bu yay keçə bilər. 23 yaşlı qanalı ilə danışıqlara başlamağa hazırlaşır. Onun indiki klubu ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq. Cari mövsüm 35 oyun keçirən Salisu 1 qol vurub.