Qallaher yenidən Premyer Liqada
“Atletiko Madrid”in yarımmüdafiəçisi Konor Qallaher İngiltərə Premyer Liqasına geri qayıdıb. “Tottenhem” 25 yaşlı futbolçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, London təmsilçisi ingiltərəli oyunçu üçün qarşı tərəfə 40 milyon avro ödəyib.
Qeyd edək ki, “Atletiko” Konor Qallaheri 2024-cü ilin yayında “Çelsi”dən 42 milyon avroya transfer etmişdi.












