“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
“Qalatasaray”ın hücumçusu “Nant”ın hədəfində
“Qalatasaray”ın hücumçusu Mustafa Məhəmməd karyerasını Liqa 1-də davam etdirə bilər. “Nant” 24 yaşlı forvardın xidmətində maraqlıdır.
Bu mövsüm Avropa Liqasında mübarizə aparacaq “Nant” heyətinə iki yeni hücumçu cəlb etmək istəyir. Fransızların gündəmində olan qolçulardan biri də Məhəmməddir. Liqa1 təmsilçisi Misir millisinin üzvünü sonradan transfer etmək şərtilə birillik icarəyə götürməyə çalışır.
Qeyd edək ki, son il yarımı icarə əsasında “Qalatasaray”da keçirən Mustafa Məhəmmədi Türkiyə klubu bu ayın əvvəlində “Zamalek”dən birdəfəlik transfer edib.