“Qalatasaray”ın futbolçusu millinin heyətindən çıxarıldı

“Qalatasaray”ın futbolçusu millinin heyətindən çıxarıldı

“Qalatasaray”ın futbolçusu yığma komandada əvəzlənib. Omar Elabdellaoui Norveç millisinin bu ay Slovakiya və Ermənistanla keçiriləcək matçlar üçün heyətindən çıxarılıb.

30 yaşlı müdafiəçinin gözü atəşfəşanlıq zamanı xəsarət aldıqdan sonra bir neçə dəfə əməliyyat olunub. O, növbəti həftə son əməliyyatın ardından müayinədən keçəcək. Elabdellaoui müayinələri millinin matçlarından sonraya təxirə salmaq üçün çalışıb. Lakin bu, mümkün olmayıb. Ona görə də Elabdellaoui duruma görə öz istəyi ilə yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Elabdellaoui 2020-ci ildən “Qalatasaray”da oynayır. O, 2013-cü ildən Norveç yığmasının üzvüdür. 

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Növbəti yazı

Tanqanqa mövsümü bitirdi