“Qalatasaray”dan xal itkisi

“Qalatasaray”dan xal itkisi

Avropa Liqasının əsas mərhələsinin VII turuna start verilib. Günün yeganə qarşılaşması Türkiyədə baş tutub. 

Super Liqa nəhənglərindən “Qalatasaray” doğma azarkeşləri önündə Kiyev “Dinamo”su ilə qarşılaşıb. 

İstanbul klubu görüşə fəal başlayıb. “Sarı-qırmızılılar” matçın startında iki qol vurub. Lakin qonaqlar fərqi minimuma endirə biliblər.

İkinci yarıda Türkiyə klubu 3-cü dəfə fərqlənib. Buna baxmayaraq, ukraynalılar ardıcıl 2 qol vuraraq məğlubiyyətdən qaçmağı bacarıblar – 3:3.

Bu, “Dinamo”nun cari mövsüm qazandığı ilk xal olub. “Qalatasaray” isə 13 xalla 5-ci pillədə qərarlaşıb.

UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur

21 yanvar

19:30 “Qalatasaray” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:3
Qollar: Davinson Sançez, 6, Abdülkerim Bardakçı, 21, Viktor Osimhen, 53, Vladislav Vadav, 44, Andrey Yarmolenko, 68, 81

ETOPAZ

Əvvəlki yazı

Reşford İspaniya yolunda

Növbəti yazı

“Barselona”, “Atletiko” və “Liverpul”dan qələbə