“Qalatasaray”dan rekord
“Qalatasaray” bu mövsüm rekord gəlir əldə edib. Bunu “sarı-qırmızılılar”ın vitse-prezidenti Niyazi Yelkencioğlu sponsorluq müqaviləsinin imzalanma mərasimində bildirib.
“Bu mövsüm forma sponsorluqlarından 70 milyon avrodan daha çox gəlir əldə etmişik. Bu, “Qalatasaray” tarixində bir ilkdir”.
Qeyd edək ki, İstanbul təmsilçisi bu mövsüm Super Liqada 50 xalla turnir cədvəlinə başçılıq edir.