“Qalatasaray”dan növbəti transfer
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib. “Sarı-qırmızılılar” “Trabzonspor”dan Eren Elmalını rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, “Qalatasaray” 24 yaşlı sol cinah müdafiəçisi üçün 4 + 1,2 milyon avro ödəyəcək.
Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm “Trabzonspor”un heyətində çıxış etdiyi 22 rəsmi matçda 1 assistlə yadda qalıb.