“Qalatasaray”dan növbəti qələbə

“Qalatasaray”dan növbəti qələbə

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir. Bu gün lider “Qalatasaray” meydana çıxıb.

Komanda “Konyaspor”la qarşılaşıb. Görüşdə hesabı Viktor Osimhen açıb. Nigeriyalı forvard penaltini dəqiq yerinə yetirib.

“Sarı-qırmızılılar”ın yeni transferi Ahmet Kutucu da bu matçda debüt edib. O, sarı vərəqə ilə cəzalandırılıb. 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qalatasaray” bu qalibiyyətlə xallarının sayını 54-ə çatdıraraq, liderliyini davam etdirir.

ETOPAZ

Əvvəlki yazı

Masazırda qolsuz bərabərlik

Növbəti yazı

Muslera üçün xüsusi mükafat