“Qalatasaray”dan İkardi qərarı
“Qalatasaray” Mauro İkardi ilə bağlı qərar verib. İstanbullular argentinalı futbolçunun müqaviləsini donduracaq.
İkardi Çempionlar Liqasının “Tottenhem”lə matçında dizindən zədələnib. 31 yaşlı forvardın mövsümün sonuna kimi oynamaq ehtimalı azdır. “Qalatasaray” rəhbərliyi legioner limitində yer açmaq və qışda yeni hücumçu transfer edə bilmək üçün 31 yaşlı forvardın müqaviləsini dondurmağı planlaşdırır.