“Qalatasaray”dan 1 milyon avro mükafat
“Qalatasaray”ın Çempionlar Liqasının “Bavariya” ilə oyunu üçün ayırdığı mükafat fondu bəlli olub. İstanbul klubunun idarə heyəti Münhen təmsilçisi üzərində qazanılacaq qələbəyə görə UEFA-nın onlara verəcəyi 2,8 milyon avronun 1 milyonunu futbolçular arasında bölüşdürmək qərarına gəlib.
Qrupda keçirdiyi ilk iki oyundan 4 xal toplayan “cim-bom”da hədəf 3 xal qazanmaqdır. Avrokubokların qrup mərhələsində 36 matçdır məğlub olmayan alman nəhəngi isə səfər oyununa qrup lideri kimi çıxacaq.