“Qalatasaray”da iki itki
Türkiyə Super Liqasının 9-cu həftəsində “Qalatasaray” sabah səfərdə “Başakşehir”lə qarşılaşacaq. “Cimbom” bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk sabahkı qarşılaşmada 2 əsas müdafiəçisinin köməyindən məhrum olacaq.
Belə ki, Liqanın 8-ci həftəsində “Beşiktaş” derbisində zədələnən Kot d-İvuar millisinin müdafiəçisi Vilfrid Sinqo və qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi Davinson Sançes “Başakşehir”ə qarşı oynaya bilməyəcək.












