“Qalatasaray”da ciddi itki

“Qalatasaray”da ciddi itki

“Qalatasaray”da ciddi itki baş verib. “Sarı-qırmızılar”ın müdafiəçisi Abdulkerim Bardakçı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.

Super Liqada “Eyüpspor”la matçda zədə alan Abdulkerim 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, “Qalatasaray” “Eyüpspor”la heç-heçə edib – 2:2.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” üçün antirekord

Növbəti yazı

Azərbaycan – İsveç oyununun təyinatları açıqlandı