“Qalatasaray”da ciddi itki
“Qalatasaray” UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun “Bodo Qlimt”lə oyunundan öncə ciddi itki ilə üzləşib. “Sarı-qırmızılılar”ın futbolçusu İlkay Gündoğan sıradan çıxıb.
Arxa əzələsindən zədə alan 34 yaşlı almaniyalı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
O, komandasına “Bodo Qlimt”, “Göztəpə”, “Trabzonspor”, “Ayaks” və “Kocaelispor” matçlarında kömək edə bilməyəcək.












