“Qalatasaray”da ciddi itki
“Qalatasaray”ın heyətində ciddi itki baş verib. İstanbul təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.
İspan forvard Avropa Liqası pley-off mərhələsinin “AZ Alkmar”la ilk matçında (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu Super Liqanın 24-cü turunun “Rizespor”la matçında iştirak etməyəcək.