”Qalatasaray”da ayrılıq

”Qalatasaray”da ayrılıq

“Qalatasaray” Elias Jelert Kristensenin satınalma bəndi ilə müvəqqəti transferi üçün “Sauthempton”la razılıq əldə edib. Bu barədə klubun rəsmi sosial media hesabı məlumat yayıb.

Müqaviləyə əsasən, “Sauthempton” bu keçid üçün 300 000 avro müvəqqəti transfer haqqı ilə yanaşı 250 000 avro bonus ödəyəcək.

Bundan əlavə, futbolçunun maaşını “Sauthempton Football Club Limited” şirkəti ödəyəcək.

Satınalma seçimi həyata keçirilərsə, “Sauthempton” “Qalatasaray”a 8.500.000 avro transfer haqqı verəcək.

Həmçinin futbolçunun sonrakı satışından əldə olunan qazancın 10%-i “cimbom”a ödənəcək.

ETOPAZ

Əvvəlki yazı

Piastridən növbəti çempionluq

Növbəti yazı

“Zirə”dən tarixi uğur