“Qalatasaray” Ziyeşi istəyir
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirə bilər. “Sarı-qırmızılar” İngiltərə “Çelsi”sindən Hakim Ziyeşi heyətə cəlb etmək istəyir.
Mərakeş milli komandasının 29 yaşlı hücumçusu “zadəganlar”ın heyətində az oynadığı üçün başqa kluba keçmək arzusundadır. “Qalatasaray” isə futbolçunu icarəyə götürməkdə maraqlıdır.