“Qalatasaray” Ziyeçə xəbərdarlıq etdi
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeçin taleyinə aydınlıq gəlib. O, Mərakeş millisinin Mavritaniya və Anqola ilə yoldaşlıq matçlarına dəvət alıb.
Ulduz oyunçu bu səbəbdən “Qalatasaray”ın texniki heyətindən açıq-aşkar xəbərdarlıq alıb. “Aslanlar” zədəsini yenicə sağaldan 30 yaşlı müdafiəçiyə zədələnməməsi ilə bağlı xəbərdarlıq edib: “Liqada çox kritik bir dövrə girdik və sənə də ehtiyacımız olacaq”.