“Qalatasaray” və “Fənərbaxça”dan heç-heçə, “Beşiktaş” məğlub oldu
Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib. Bu gün 18 matç baş tutub.
“Qalatasaray” “RFŞ”in qonağı olub. “Aslanlar” 2:0 önə keçdiyi qarşılaşmada hesabı qoruyub saxlaya bilməyib – 2:2
“Fənərbaxça” Niderlandda “Tvente”nin qonağı olub. Hesabda geri düşən “sarı-lacivərdlər” bərabərlik topunu vurmağa nail olub – 1:1.
“Beşiktaş” isə doğma azarkeşləri önündə “Ayntraxt”ı qəbul edib. “Qara qartal” bu matçda da uğursuzluğa düçar olub. Komanda 1:3 hesablı yenilgi ilə üzləşib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45 “Ferentsvaroş” (Macarıstan) – “Tottenhem” (İngiltərə) 1:2
20:45 “Hoffenhaym” (Almaniya) – “Dinamo Kiyev” (Ukrayna) 2:0
20:45 “Latsio” (İtaliya) – “Nitsa” (Fransa) 4:1
20:45 “Makkabi” (Təl-Əviv, İsrail) – “Midtyülland” (Danimarka) 0:2
20:45 “Olimpiakos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) 3:0
20:45 RFŞ (Latviya) – “Qalatasaray” (Türkiyə) 2:2
20:45 “Slaviya” (Çexiya) – “Ayaks” (Niderland) 1:1
20:45 “Real Sosyedad” (İspaniya) – “Anderlext” (Belçika) 1:2
20:45 “Qarabağ” (Azərbaycan) – “Malmö” (İsveç) 1:2
23:00 “Tvente” (Niderland) – “Fənərbaxça” (Türkiyə) 1:1
23:00 “Beşiktaş” (Türkiyə) – “Ayntraxt” (Frankfurt, Almaniya) 1:3
23:00 “Elfsborq” (İsveç) – “Roma” (İtaliya) 1:0
23:00 “Atletik” (İspaniya) – “Alkmaar” (Niderland) 2:0
23:00 “Portu” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) 3:3
23:00 PAOK (Yunanıstan) – “Styaua” (Rumıniya) 0:1
23:00 “Reyncers” (Şotlandiya) – “Lyon” (Fransa) 1:4
23:00 “Yunion” (Belçika) – “Bodo Qlimt” (Norveç) 0:0
23:00 “Viktoriya” (Çexiya) – “Lüdoqorets” (Bolqarıstan) 0:0