“Qalatasaray” və “Fənərbaxça” pley-offda

“Qalatasaray” və “Fənərbaxça” pley-offda

Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub. Bu gün 18 matç keçirilib.

“Beşiktaş” “Ayaks”la qarşılaşıb. Komanda səfərdə məğlub olub – 0:1. Bu nəticə ilə “qara qartallar” turnirlə vidalaşıblar.

“Qalatasaray” “Ayaks”ı sınağa çəkib. Niderlandlıların dominant olduğu matçda “Ayaks” 2:1 hesabı ilə qələbə qazanıb. “Sarı-qırmızılılar”ın gücü yalnız təsəlli qoluna çatıb. Viktor Osimhen fərqlənib.

Digər Türkiyə təmsilçisi “Fənərbaxça” isə səfərdə “Midtyullan”ın qonağı olub. “Sarı-lacivərdlilər” 0:1 hesabı ilə geri düşsələr də, Yusif En-Nesrinin və Edin Cekonun qolları ilə önə çıxıblar. Lakin “Fənər” bu hesabı qoruya bilməyib. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.

UEFA Avropa Liqası
Liqa mərhələsi

VIII tur
30 yanvar
“Midtyullan” (Danimarka) – “Fənərbaxça” (Türkiyə) 2:2
“Ayaks” (Niderland) – “Qalatasaray” (Türkiyə) 2:1
“Anderlext” (Belçika) – “Hoffenhaym” (Almaniya) 3:4
“Roma” (İtaliya) – “Ayntraxt” (Almaniya) 2:0
“Atletik” (İspaniya) – “Viktoriya” (Çexiya) 3:1
“Braqa” (Portuqaliya) – “Latsio” (İtaliya) 1:0
“Dinamo” (Ukrayna) – RFS (Latviya) 0:0
FCSB (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2
“Ferentsvaroş” (Macarıstan) – AZ (Niderland) 4:3
“Lion” (Fransa) – “Ludoqorets” (Bolqarıstan) 1:1
“Makkabi” (Təl-Əviv, İsrail) – “Portu” (Portuqaliya) 0:1
“Nitsa” (Fransa) – “Budyo Qlimt” (Norveç) 1:1
“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) 3:0
“Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika) 1:0
“Real Sosyedad” (İspaniya) – PAOK (Yunanıstan) 2:0
“Slaviya” (Çexiya) – “Malmö” (İsveç) 2:2
“Tottenhem” (İngiltərə) – “Elfsborq” (İsveç) 3:0
“Tvente” (Niderland) – “Beşiktaş” (Türkiyə) 1:0

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Avropa Liqası ilə vidalaşdı

Növbəti yazı

Qurban Qurbanov: “Futbolçularımın yanındayam”