“Qalatasaray” və “Bodo-Qlimt”dən qələbə
Bu gün Avropa Liqasında Liqa mərhələsinin III turuna start verilib. Birinci oyun günündə iki qarşılaşma keçirilib.
Türkiyənin “Qalatasaray” klub azarkeşləri önündə İsveç “Elfsborq”unu qəbul edib. 7 qolun vurulduğu görüşdə “sarı-qırmızılar” çətinliklə qələbə qazanıb – 4:3.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
18:30 “Braqa” (Portuqaliya) – “Bodo-Qlimt” (Norveç) 1:2
18:30 “Qalatasaray”(Türkiyə) – “Elfsborq” (İsveç) 4:3