“Qalatasaray” Torrenlə yollarını ayırdı
“Qalatasaray” baş məşqçisi Domenek Torrenlə yollarını ayırıb. Bu iddia ilə “sporarena” çıxış edib.
Adıçəkilən sayt tvitter səhifəsi vasitəsilə ispaniyalı mütəxəssisin istefaya göndərildiyini yazıb. Hazırda tərəflər arasında təzminat məsələsi müzakirə olunur. İstanbul təmsilçisi həftə ərzində ayrılığı açıqlamağı planlaşdırır.
Qeyd edək ki, Domenek Torren “Qalatasaray”ın sükanı arxasına bu ilin yanvarında keçib.