“Qalatasaray” Şkrinyarı istəyir

“Qalatasaray” Şkrinyarı istəyir

“Qalatasaray” heyətini gücləndirmək niyyətindədir. Klub Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. “Sarı-qırmızılar” slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”nin qış planı bəlli oldu

Növbəti yazı

“Real”da yeni müqavilə