“Qalatasaray” Lukman transferini bitirir

“Qalatasaray” Lukman transferini bitirir

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Klub Nigeriya millisinin və “Atalanta”nın hücumçusu Ademola Lukman transferini bitirmək üzrədir.

“Sarı-qırmızılılar” yanvar ayında 28 yaşlı futbolçunun keçidi üçün rəsmi addım atacaq. İstanbul təmsilçisi Lukmana illik 9 milyon avro maaş təklif edərək onu Super Liqanın ən çox qazanan oyunçularından birinə çevirməyi planlaşdırır.

Futbolçu da bu təklifə müsbət yanaşır. “Qalatasaray” isə “Atalanta”ya təxminən 40 milyon avroluq rəsmi təklif təqdim etməyə hazırlaşır. 

ETOPAZ

Əvvəlki yazı

Millinin oyununa təyinatlar bəlli oldu

Növbəti yazı

Kamal Umudluya növbəti təyinat