“Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərar

“Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərar

Avropa Liqasında qrup mərhələsinin IV turunun “Qalatasaray” – “Lokomotiv” (Moskva) oyunu ilə bağlı qərar açıqlanıb. UEFA Türkiyə klubunun şikayətini rədd edib.

İsveçrəli baş hakim Sandro Şerer 1:1 hesabı ilə başa çatan İstanbuldakı qarşılaşmada “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, onu meydandan qovmayıb. “Sarı-qırmızılılar” qayda səhvinə görə, rusiyalılara texniki məğlubiyyət verilməsini istəsə də, UEFA bununla razılaşmayıb.

ETOPAZ

Əvvəlki yazı

52 ildən sonra

Növbəti yazı

Salah ayın oyunçusu seçildi