“Qalatasaray” “Liverpul”un yarımmüdafiəçisini istəyir
“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta karyerasını Türkiyədə davam etdirə bilər. Onun xidmətində “Qalatasaray” maraqlıdır.
İngiltərəlilər futbolçu ilə yollarını ayırmaq niyyətindədir. Türkiyə klubu bundan yararlanmaq istəyir. Transfer danışıqları ilkin mərhələdədir.