“Qalatasaray” işini çətinə saldı, “Arsenal”dan darmadağın
Çempionlar Liqasında 5-ci tura yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma baş tutub.
A qrupunda “Qalatasaray” “Mançester Yunayted”i qəbul edib. Gərgin keçən matçda qapılara 6 qol vurulub – 3:3. Xalların sayına görə “Kopenhagen”dən geri qalan türkiyəlilər 1/8 finala vəsiqə üçün son matçda mütləq qələbə qazanmalıdır. Danimarkalılar isə “Bavariya”dan 1 xal almağı bacarıb – 0:0.
Günün daha bir maraqlı hesabı Londonda qeydə alınıb. “Arsenal” “Lans”ın qapısından 6 cavabsız top keçirib.
Çempionlar Liqası
A qrupu
“Qalatasaray” – “Mançester Yunayted” 3:3
“Bavariya” – “Kopenhagen” 0:0
B qrupu
“Sevilya” – PSV 2:3
“Arsenal” – “Lans” 6:0
C qrupu
“Real” – “Napoli” 4:2
“Braqa” – “Yunion” 1:1
D qrupu
“Benfika” – “İnter” 3:3
“Real Sosyedad” – “Salzburq” 0:0