“Qalatasaray” Emersonu istəyir
“Qalatasaray” Emerson Royalla yaxından maraqlanır. İstanbullular onun üçün İtaliya klubu ilə təmasa keçib.
“Cimbom” “Milan”la danışıqlara başlayıb. “Rossenyerilər” Royalı mövsümün əvvəlində “Tottenhem”dən 15 milyon avroya transfer edib və 26 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalayıb.
Bu mövsüm 25 matçda meydana çıxan braziliyalı sağ cinah müdafiəçisi 1863 dəqiqə meydanda olub.