“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasında mübarizəni dayandırıb. İstanbul təmsilçisi 1/8 finalda “Barselona” səddini keçə bilməyib.

“Nou Kamp”dan 0:0-lıq heç-heçə ilə dönən “cim-bom” evdəki qarşılaşmaya fəal başlayıb. Meydan sahibləri rəqib qapısında bir neçə dəfə təhlükə yaradıb. “Aslan” künc zərbəsindən sonra hesabı açıb. Komandanın kapitanı Markao standart vəziyyətdən fərqlənib. Qoldan sonra təzyiqini artıran “Barselona” bərabərliyə nail olub. 35-ci dəqiqədə Pedri topu “Qalatasaray”ın qapısından keçirib.

İkinci yarıya qonaqlar fəal qoşulub. Hissənin əvvəlindəcə Pyerr-Emerik Obameyanq komandasını hesabda önə çıxarıb. Təzyiqlərini artıran kataloniyalılar bir neçə dəfə də qola yaxın olub. Lakin bəzi epizodlarda müdafiəçilər, bəzilərində isə qapıçı İnaki Pena etibarlı oynayıb. Cəhdlərinə baxmayaraq, “Qalatasaray” hesabı bərabərləşdirməyə nail olmayıb və turnirlə vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

Həftənin ən yaxşısı

Növbəti yazı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər