Qakpo rəsmi təklif gözləyir
PSV-nin hücumçusu Kodi Qakpo karyerasını Premyer Liqada davam etdirə bilər. Onun xidmətində “Mançester Yunayted” maraqlıdır.
23 yaşlı niderlandlı İngiltərə klubundan rəsmi təklif gözləyir. Çünki “qırmızı şeytanlar”dan ciddi addım olarsa, futbolçu “Mançester Yunayted”ə keçməyə hazırdır. PSV-nin hücumçu üçün 45 milyon avro almaq istədiyi bildirilir.