Qadın Basketbol Liqasında ilk mərhələyə yekun vuruldu

Qadın Basketbol Liqasında ilk mərhələyə yekun vuruldu

3×3 basketbol üzrə ABB Qadın Basketbol Liqasında ilk mərhələyə yekun vurulub. Aprelin 7-8-də Bakı İdman Sarayında keçirilən yarışın qalibi RİOEUGİM-2 komandası olub.

İlk mərhələnin final oyununda RİOEUGİM-2 “Neftçi” ilə qarşılaşıb. Onlar 21:10 hesabı ilə qalib gələrək fəxri mükafata sahib olublar. Final oyunun ən dəyərli basketbolçusu (MVP) qalib komandanın heyətində Leyla Allahverdiyeva seçilib.

Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.

ETOPAZ

Əvvəlki yazı

“Şahdağ Qusar” və “Şəfa” I Liqada

Növbəti yazı

“Arsenal” “Real”ı darmadağın etdi”, “İnter”dən qələbə