Qətər qrupda qaldı: Meydan sahiblərindən 2-ci fiasko

Qətər qrupda qaldı: Meydan sahiblərindən 2-ci fiasko

DÇ-2022-nin ilk uğursuzu bəlli olub. Qətərdə təşkil olunan mundialın meydan sahibləri 1/8 final şansını itirib.

Bu, II turun qrupdakı son oyunundan sonra rəsmiləşib. Niderland və Ekvadorun matçında qalib müəyyənləşməyib – 1:1.

Nəticədə Qətər ikinci yeri tutmaq şansını da itirib. Belə ki, xalı olmayan Asiya təmsilçisi son turda Niderlandı udsa da, nə “narıncılar”ı, nə də Ekvadoru keçə biləcək. Bu iki komandanın 4, Seneqalın isə 3 xalı var.

Qətər dünya çempionatları tarixində qrupda qalan ikinci komandadır. 2010-cu ildə CAR millisi bu uğursuzluğu yaşayıb.

Qeyd edək ki, Qətər Ekvadora 0:2, Seneqala 1:3 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Kapitan gəmisini qurtardı

Növbəti yazı

DÇ-2022-nin bombardiri ilkə imza atdı və zədələndi