Qərbdə ilk yarımfinal cütü
NBA-da Qərb konfransının ilk yarımfinal cütü dəqiqləşib. Müntəzəm çempionatda konfransın qalibi olan “Denver” 4-cü sıranı tutan “Finiks”lə görüşəcək.
“Naqqets” pley-offun birinci mərhələsində “Minnesota”nı seriyada 4:1 hesbaı ilə məğlub edib. “Finiks” isə 5 matçın yekununda “Klippers”i üstələyib.
“Denver”də ev oyunu üstünlüyü olacaq. Kolorado təmsilçisi mövsüm ərzində öz meydanındakı 44 matçda 37 qələbə qazanıb və 7 məğlubiyyət alıb.