Qərb konfransında ilk finalçı
“Qolden Steyt” pley-offun ikinci mərhələsinin 6-cı oyununda “Memfis”i qəbul edib. 110:96 hesabı ilə qalib gələn “Uorriorz” seriyada qələbəni rəsmiləşdirib – 4:2.
“Qolden Steyt” Qərb konfransının ilk finalçısı olub. Onların rəqibi “Finiks”lə “Dallas” arasında seriyanın son matçında müəyyənləşəcək.
Ötən il pley-ində “Memfis”ə uduzan “Uorriorz” pley-offdan kənar qalmışdı. “Qolden Steyt” konfrans finalında sonuncu dəfə 2019-cu ildə oynayıb.